Ölkə futbolu

Zaqatala klubundan “Qarabağ”a təbrik

“Simurq” da bu mövsümün qalibi olması münasibəti ilə “Qarabağ”ı təbrik edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  klub Ağdam təmsilçisinə Çempionlar Liqasında uğurlar arzulayıb:

“Simurq” Peşəkar İdman Klubu Topaz Premyer Liqasının 2013/2014 mövsümünün çempionu “Qarabağ” Futbol Klubunu təbrik edir. Ağdam təmsilçisinin rəhbərliyinə, baş məşqçisi Qurban Qurbanova və məşqçilər korpusuna, futbolçularına Çempionlar Liqasında ölkə futbolunu uğurla təmsil etməyi arzulayırıq.

Ümid edirik ki, “Qarabağ”ın adını möhtəbər yarışın qrup mərhələsində görəcəyik və onları dəstəkləyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43