l Divizion

“Zaqatala” – “Səbail” matçına azarkeş marağı – FOTO

Bu gün Azərbaycan 1-ci divizionunda “Zaqatala” doğma meydanda “Səbail”i qəbul edir.

İdmanxeber.com-un məlumatına görə, hal-hazırda davam edən matça Zaqatala sakinlərinin o qədər də marağı yoxdur. Belə ki, matçı Zaqatala şəhər stadionundan 300-ə yaxın azarkeş izləyir.

Qeyd edək ki, stadionun tikinti işlərinə 2006-cı ildə başlanılmış və 2008-ci ildə başa çatdırılmışdır. Stadionda UEFA-nın tələblərinə uyğun olaraq, beynəlxalq səviyyəli oyunların keçirilməsi üçün 3500 yerlik birtərəfli tribunaları var.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43