Premyer Liqa

Zaqatalada gərginlik: futbolçular və hakim müdaxilə etdi

Hal-hazırda davam edən “Simurq” – “İnter” matçında gərginlik yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın 75-ci dəqiqəsində Nicat Qurbanovla Abdulla Abatsiyev arasında söz atışması az qala əlbəyaxa davaya çevriləcəkdi. Hər iki komandanın üzvləri və oyunun baş hakimi Ömər Paşayev vəziyyəti sakitləşdirə biliblər.

Qeyd edək ki hal-hazırda “İnter” yeni transferi Madriqalın vurduğu qolla öndədi – 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43