l Divizion

Zaqatalada işıq problemi

Birinci divizionun 12-ci turu çərçivəsində keçirilən "Zaqatala" – "Ağsu" matçında bir məqam diqqətdən qaçmayıb.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala şəhər stadionunda 4 işıqlandırma sistemi mövcuddur. Lakin, onlardan ikisi ümumiyyətlə işləmir. Bu da öz növbəsində stadionun tamamilə işıqlandırılmasına və futbolçuların meydanı rahat görməsində çətinlik yaradır.

Qeyd edək ki, UEFA-nın tələblərinə uyğun olaraq inşa edilən və 3 min 500 nəfərlik tutuma malik olan stadionun işıqlandırma sistemindəki nasazlıq hava qaraldığı zaman daha aydın şəkildə gözə çarpır.

Əgər hakim və futbolçular belə meydanda problem görmürlərsə, stadionu demək olar ki, tamamilə dolduran azarkeşlərin rahatlığı üçün projektorların yenilənməsi şərtdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43