28 Fevral 2024
Müsahibə

Zaur Əzizov: “Qəbələ”yə daha iki legioner qoşulacaq” – MÜSAHİBƏ

“Qəbələ”nin baş meneceri Zaur Əzizov idmanxeber.com saytına müsahibə verib.

– Komandanın davam edən təlim-məşq toplantısı haqda nə deyərdiz?

Toplanış normal gedir. Heyətlə bağlı çatışmamazlıqları aradan qaldırmağa çalışırıq. Yaxın günlərdə heyətə iki və ya üç futbolçu qatılacaq. Bundan sonra komanda tam hazır vəziyyətə gətiriləcək və ikinci dövrəyə başlayacağıq.

– “Qəbələ” mövsümün geridə qoyduğumuz bölümündə qeyri-stabil çıxış etdi.  İkinci yarıda komandadan nə gözləyək? Ümumiyyətlə konkret hədəf nədi: çemionluq, ya kubok?

Hal-hazırda bizdə vəziyyət belədi ki, konkret olaraq çempionata diqqət ayırıb da kubok matçlarına sadə yanaşsaq itirə bilərik. Hansıda işlərimiz uğurlu alınsa gücümüzü o hədəfə yönəldib-yönəltməycəyimiz artıq baş məşqçiyə aid olacaq.

– Klubun hazırlığından razısınızmı?

Öncə də dediyim kimi, hazırlıqla bağlı hər hansı bir problem yoxdu. Bu baş məşqçini qane edir.  Komanda tapmaq problemi var ki, onu da Qriqorçukla birgə həll etməyə çalışırıq. Düzdü, bəzi futbolçular hələ formada deyillər. Ancaq baş məşqçimizin bununla bağlı narazıçılığı yoxdu. Çünki komanda “Bakı” ilə oyuna qədər tam hazır vəziyyətə gətiriləcək.

Az öncə transferlərlə bağlı danışdız. Hədəfinizdə konkret hansı futbolçular var?

Ad açıqlaya bilməməyimizə səbəb həmin futbolçuların komandaları ilə müqaviləsinin olmasıdı. Onları klublarından çıxartmaq da asan deyil. Deyə bilərəm ki, həmin futbolçular legionerlərdi. Yerli futbolçu  daha transfer etməyəcəyik.  Rəşad Sadiqov bu mösüm transfer etdiyimiz ən son yerli oyunçu olacaq. Siyahımızda 4-5 oyunçu var. Hansıyla alınsa onları da komandamıza gətirəcəyik. 2 və ya 3 futbolçu transfer edəcəyik.

– 2015-ci ildə “Qəbələ”dən azarkeşləri nə gözləsin?

Hədəflərimiz  var. Yeni baş məqçimizə də güvənirik. İnanırıq ki, onunla uzunmüddətli əməkdaşlıq edəcəyik.

Səxavət Qurbanov // Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43