Ölkə futbolu

Zaur Ramazanov: “Qardaşımın məndən güclü futbolçu olmasını çox istəyirəm”

22 il əvvəl rəhmətlik Hüseyn İsmayılovNaxçıvankomandasını yaradanda kimin ağlına gələrdi ki, 15-17 yaşlı gənclərdən təşkil olunmuş 1-ci dəstədə mübarizə aparan həmin komandanın 5 üzvü vaxt gələcək yığmanın şərəfini qoruyacaq? Samir Əliyev, Samir Musaeyv, Fərrux İsmayılov, hazırda futzal yığmamızın kapitanı Rizvan Fərzəiyev Bu gün “5-cinin ad günüdür. Daha doğrusu, yubileyi. Onun 40 yaşı olur. Zaur Ramazanovu nəzərdə tuturam. Bir vaxtlarNaxçıvanda çiyinçiyinə oynadığım Zaurla çoxdan idi ki, görüşmürdüm. Ad günü həm görüş, həm müsahibə üçün fürsət oldu.

 

Zaur, təbrik edirəm. Deyirlər,
40
yaşı qeyd eləməzlər, düşəridüşməzi olar.

 

Çox sağ ol. Ad günü qeyd eləməyə heç vaxt marağım olmayıb. Çox vaxt təlimməşq toplanışlarında olduğumdan təmtəraqla keçirməmişəm. Evdə olanda da qohuməqraba ilə qeyd etmişik, yüngülvari.

 


Bəzi mənbələrdə doğum günün fevralın 22-i göstərilir.

 

Vikipideyada belə göstərilib. Haradan götürüblər, necə götürüblər, bilmirəm. İyulun 27- anadan olmuşam. Məncə, indən belə düzəliş edərlər. Təkcə vikipideya yox, feysbukla da problemim var. İndiyə kimi heç vaxt feysbukdan istifadə etməmişəm. Amma orada 5-6 Zaur Ramazanov var. Hamısında da şəkillərimdi qoyublar. Amma heç biri mən deyiləm. Kimlərsə şəklimi götürüb, özünə profil açıb.

 


Həyat “40-cı mərtəbə”dən necə görünür?

 


Əla. Özümü 40 yaşlı biri kimi yox, daha cavan hiss edirəm. Futbol
oynayacaq gücdəyəm. Amma gərək bir az məşq edim.

 

Əbdülqəni müəllim mənə dedi ki, özünə komanda axtar

 

Zaur
Mirzağa oğlu Ramazanov 1976-cı il iyulun 27-də Bakıda dünyaya göz açıb. Ailədə
10 uşaq olublar – 5 bacı, 5 qardaş. Zaur yenə “5-cidir. UşaqlığıSovetski keçib. Külfət olmalarına baxmayaraq, ailə maddi sıxıntı çəkməyib. Mirzağa dayının şəxsi avtomobil təmiri sexi var imiş. Yəni, qazancı pis deyilmiş. Mirzağa dayı 1993- ildə dünyasını dyişib. Həmin vaxt ailənin sonbeşiyi, hazırdaİnterin futbolçusu olan, yığmamızın üzvü Ağabala Ramazanov cəmi 6 aylıq imiş. Zaur oxuyan uşaq olmayıb. Başı futbola o qədər qarışıb ki, dərsə həvəs qalmayıb. EvləriSpartakstadionunun yaxınlığında idi. Elə ilk komandası daSpartakolub. Özündən 5 yaş böyük qardaşı Emin futbolla məşğul olurdu. Zaurun həvəsli olduğunu görüb, onu futbol məşğələlərinə yazdırıb.

 

Səhər evdən bayıra birinci top, sonra isə mən çıxmışam. Sözün həqiqi mənasında topla yatıbdurmuşam. Çoxları bunu sözgəlişi deyir, amma məndə həqiqətən belə olub. Böyük qardaşım Eminlə onların məşqlərinə baxmağa gedirdim. Haradasa, 8-9 yaşım olardı. Qardaşımın məsləhəti ilə Fazil Abbasovun qrupuna yazıldım. O vaxt 1976- il təvəllüdlü uşaqlardan ibarət komanda yox idi məcbur olub özümdən 1 yaş böyüklərlə oynamağa başladım. İlk oyundaca qol vurdum. Bir ildən sonra isə öz yaşıdlarımla məşq edirdim. 3-4 il Fazil müəllimin yanında məşq keçdikdən sonra yğma komandaya seçimlər başladı. Yığmanın baş məşqçisi erməni idiKaren Qriqoryeviç. Soyadını unutmuşam. O, məni komandaya götürmədi. Halbuki, “Spartakın kapitanı idim hər oyunda qol vururdum. Fazil müəllimin israrından sonra məni yoxlamaq qərarına gəldi. 2 oyunda hərəsində 1 hissə oynadım hər dəfə 2 qol vurdum. Bundan sonra siyahı dəyişdirildi adım ora salındı. Bu hadisə 1989-cu ildə baş verib. Həmin il yığma ilə Nalçikə turnirə getdik 3- yeri tutduq. 7 qolla turnirin bombardiri oldum. Yaxşı yadımdadır, onda ukraynalılarla oynamışdıq. Onların heyətində Andrey Şevçenko Sergey Rebrov da var idi. Ukraynalılara 1:2 hesabı ilə uduzduq. Hələ o vaxt mənə təklif etdilər ki, orada qalım. Komanda yoldaşım, hazırda qürbətdə yaşayan Valeh Seyidovun da atası dedi ki, qalmağın məsləhətdi. Amma həm özüm istəmədim, həm valideynlərim razı olmadılar. Çünki o vaxt ermənilərlə münaqişə yeni başlamışdı. 1990- ildə Bakda baş yerən yanvar qırğınından sonra xeyli müddət futboldan kənar qaldım.

 

Səni 2-ci dəfə futbola qaytaran rəhmətlik Hüseyn İsmayılov olub.

 

Məhəllə uşaqları iləSpartakstadionunun arxasındakı asfalt stadionda teztez futbol oynayırdıq. Bir dəfə Hüseyn müəllim məni orada gördü yeni yaratdığıNaxçıvankomandasına çağırdı. Onunla lap uşaqlıqdan tanışıydıq, oyunuma bələd idi. Düzü, Hüseyn müəllimin təklifinə ciddi yanaşmadım. Amma təkidlərindən, evimizə kimi gəldikdən sonra razılaşdım. Allah ona rəhmət eləsin, futbola qayıtmağımın səbəbkarı olub. Yaxşı insan, əsilfutbol xəstəsiidi. Özün bilirsən ki, komandanı saxlamaq üçün evini satmışdı. Heyf ki, onun əziyyəti dəyərləndirilmədi. 1996- ildəNaxçıvandağıldı.

 

keçdin futzala

 

Məmmədqulu Zeynalov Balaş Əsgərov soruşdular ki, futzal oynaya bilərsən? Cavabında məhəllə futbolu oynamışam, əlbəttə bacararam, dedim. Beləcə, “NAB Spora keçdim. 50 “şirvanmaaş alacaqdım. Elə oldu ki, komandanın baş məşqçisi dəyişdi Əbdülqəni Nurməmmədov təyin olundu. Əbdülqəni müəllim mənə dedi ki, özünə komanda axtar. Məcbur olubAnqlooyla keçdim. “NAB Sporla yoldaşlıq oyunu oynadıq, hesab 7:7 oldu. Bizdən bütün qolları mən vurdum. Bundan sonra Nurməmmədov məni komandasına qaytarmaq istəsə , razılaşmadım. Həm acığa düşmüşdüm, həm Anqlooylun rəhbəri Mahir Məmmədova görə. Futbolda mənə Hüseyn İsmayılov dəstək olumuşdusa, futzalda Mahir müəllim həmişə arxamda dayandı. O komandada


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43