Ölkə futbolu

Zaur Svanadze: “Bizi çətin oyun gözləyir”

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda sabah “Fola”nın qonağı olacaq “İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşma öncəsi fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, gürcü mütəxəssis klubun mətbuat xidmətinə onları çətin oyun gözlədiyini deyib:

“Bizi çətin oyun gözləyir. Layiqli nəticə uğrunda çalışacağıq. Uşaqlar ciddi hazırlaşırlar, zədəlimiz yoxdu. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Xatırladaq ki, “İnter” və “Fola” arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin minimal hesablı qələbəsiylə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43