Müsahibə

Zaur Svanadze: “Bu gün bəxt “Neftçi”nin tərəfində idi”

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi” doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb:

– “Neftçi”ni 80 illiyi münasibətilə və qələbə qazanması münasibətilə təbrik edirəm. İlk hissə “Neftçi”nin üstünlüyü ilə keçdi. İkinci hissədə daha güclü oynasaq da, qalib gələ bilmədik. Fikrimcə, oyun heç-heçə bitməli idi. Amma nə etmək olar.

– Komandanın məğlub olma səbəbi nədədir?

– Sadəcə, bəxtimiz gətirmədi. Bəxt bu gün “Neftçi”nin tərəfində idi.

– Hücumlarda sanki nəsə çatışmır. Bunun səbəbi nədədir?

– Bunun texniki səhv olduğunu düşünmürəm. Son iki ildə bu sistemdə oynayırıq. Səhvlərimiz olurdu. Ötürmələrdə dəqiqlik çatışmırdı. Ehtiyatda elə də çox oyunçumuz yoxdur. “Neftçi” yeni ildən sonra daha yaxşı təsir bağışlayır.

– Səlahət Ağayevin qapıda olmaması oyuna təsir etdimi?

– Aydındır ki, Səlahət komandanın 1 nömrəli qapıçısıdır. Sadəcə, şans məsələsidir.

– N.Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçdikdə komandalar arasında centilmensayağı razılaşma oldu. Bəs Ruslan Abışov “Neftçi”yə keçdikdə belə bir razılaşma oldumu?

– Yox, belə bir razılaşma olmadı. Çünki Ruslan “Neftçi”yə Antalyada olarkən keçdi. Bu səbəbdən belə bir razılaşma olmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43