Ölkə futbolu

Zaur Svanadze: “Həyəcanlı idim”

“Səfərdə 3:0 hesablı qələbə qazansaq da, həyəcanlı idim. Çünki rəqib yaxşı komanda idi”.

 İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 Avropa Liqasının I təsnifat mərhələsində Serbiyada “Mladost”un qapısından 3 cavabsız top keçirən bakılılar “Dalğa Arena”da baş tutan cavab matçında rahat qələbə qazanaraq (2:0) yollarına davam ediblər.

 Görüşdən sonra təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Mən 6 ildi “İnter”də çalışıram. Son 3 ildə komandamız çox əziyyət çəkib. Bütün problemlərə baxmayaraq, komandamız yaxşı oynadı. Uşaqlar yaxşı mübarizə sayəsində qələbəni təmin etdilər. Çox sevincliyik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43