Dünya futbolu

Zaur Svanadze: “Mərhələ keçdiyimizi demək olmaz”

“İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Serbiya “Mladost”una qarşı keçirdikləri ilk oyunu şərh edib.

İdmanxeber.com-un məlumatına görə, gürcü mütəxəssis 3:0 hesablı qələbədən sonra bunları söyləyib:

“Çox vacib oyunda qalib gəldik. Bu, yaxşı haldı. Nəticə də qənaətbəxşdi. Amma hələ bizi qarşıda cavab görüşü gözləyir. Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadı. Arxayınlaşa bilmərik. “Mladost”un da az şansı olmadı. Hər şey Bakıda həll olunacaq. Hələlik, mərhələ keçdiyimizi demək olmaz”.

Qeyd edək ki, iyunun 6-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43