Ölkə futbolu

Zaur Svanadze: “Oyundan razı qaldım”

“Birinci hissədə 2 mərkəz müdafiəçisi ilə oynadıq, buna görə də oyun istədiyimiz axarda getmədi. İkinci hissəyə 3 mərkəz müdafiəçisilə başladıq. Dünən oynamayan və ötən yoxlama matçlarında az oynayan bütün futbolçalara imkan yaratdıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze Tacikistanın “İstiqlol” klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Gürcü mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“İstiqlol” komandasıyla oyunda iki qol vurduq və bir çox qol vəziyyətləri də oldu. “Bəzi gənc futbolçular yaxşı oynadılar. Oyundan razı qaldım. Yanvar ayının 21-də Rusiyanın “Orenburq” komandasına qarşı oynayacağıq. Ayın 23-də Azərbaycana qayıdıb çempionata hazırlığı Bakıda keçirəcəyik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43