Ölkə futbolu

Zaur Svanadze: “Özümüzü favorit hesab etmirəm”

“Xüsusilə də, ikinci hissədə daha yaxşı oynadıq. İlk hissədə yaxşı oynansaq da, təəssüfləndirici qol buraxdıq. Çıxışdan razı qaldım. Belə davam etsək, yaxşı olacaq. Ancaq çempionatda işimiz heç də asan olmayacaq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının ilk turu çərçivəsində öz meydanında “Qarabağ”ı məğlub edən (2:1) “bankirlər”in baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

– “İnter”in futbolçularını qəhrəman hesab etmək olar?

– Qəhrəman demək düzgün olmazdı. Sadəcə olaraq meydana çıxmaq və oynamaq lazımdı. Futbolçular yaxşı oynasalar da, qəhrəman adlandırmaq olmaz.

 

– Çempionatın çətin olacağını qeyd etdiniz. Bunu rəqiblərin gücünə görə belə dediniz?

– Əlbəttə rəqiblərimizə görə. 8 komanda çıxış edir və hamısı da çətin komandalardı.

 

– Bu mövsüm əsas hədəfiniz nədi?

– Bu mövsüm əsas hədəfimiz ilk dördlükdə qərarlaşmaqdı. Ötən mövsüm bizim 15-16 futbolçumuz var idi. İndi isə 24-25 futbolçumuz var ki, bu da hər mövqeyə iki futbolçu deməkdi. Əsas hədəfimiz isə avrokuboklara vəsiqə qazanmaqdı.

 

– Qələbəni müdafiə xəttinin oyununa yoxsa Ruslan Abışovun fərdi ustalığına yazmaq olar?

– Həm komandanın yaxşı oyununa, həm də Ruslanın fərdi ustalıq səviyyəsinə bağlamaq olar.

 

– “İnter”i çempionluq uğrunda gizli, yoxsa aşkar favorit saymaq olar?

– Özümüzü favorit hesab etmirəm.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43