Futbol üzrə Kamerun millisinin baş məşqçisi Klarens Zeedorf vəzifəsindən ayrılıb.
İdmanxeber.z-ın məlumatına görə, hollandiyalı çalışdırıcı Kamerun yığmasının Afrika Millətlər Kubokunda mübarizəni 1/8 finalda dayandırmasından sonra tutduğu postdan göndərilib.
43 yaşlı mütəxəssis 2018-ci ilin avqustun 4-dən Kamerun millisinə başçılıq edirdi.