Rusiyanın “Zenit” klubunda çıxış edən Ramil Şeydayev klubdan ayrılıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sankt Peterburq təmsilçisi həmyerlimizlə olan müqaviləni uzatmayıb.
Şeydayev “Zenit”ə 2014-cü ildə “Mordovia” klubundan gəlib.
Qeyd edək ki, Ramillə bərabər Dmitri Boqayev və Pavel Kirenkonun da sözləşmələri uzadılmayıb.