Müsahibə

Zenyov: “Ayağıma zərbələr vurulub” (MÜSAHİBƏ)

“Qəbələ”nin hücumçusu Sergey Zenyov “Rəvan”la (1:0) matçdan sonra müsahibə verib:

– Çətin qələbə qazandınız…
– Çətin və gərgin bir oyun baş tutdu. Qələbə qazandığımız üçün sevincliyəm. Əsas odur ki, xal ehtiyatımızı artırdıq.

– Zəif rəqiblərə qarşı çətinlik çəkirsiniz…
– Bunun səbəbini bilmirəm…
 
– Son oyunlarda tez-tez sədələnirsiniz. Bu gün də belə oldu…
– Ağrılar hiss edirəm. Ayağıma zərbələr vurulub.

– Bunu  yaxşı oynadığın üçün edirlər?
– Bilmirəm. Bəlkə də.

– III dövrədə daha inamlı çıxış edirsiniz…
– Var gücümlə oynayıram. Məşqlərdə də fəalam. Növbəti matçlarda da belə davam edəcəyimə inanıram. Əsas komandanın uğur qazanmasıdır.

– Ardıcıl qələbələrdən sonra komandada əhval-ruhiyyə necədir?
– Qələbələr bizdə ruh yüksəkliyi yaradır. İnanıram ki, belə də davam edəcəyik.

– Aleksey Antonov komandada zədə səbəbində yoxdur və siz də qələbələr qazanırsınız…
– Xeyr. Mən bunu Antonovun yoxluğu ilə əlaqələndirə bilmərəm. Qətiyyən.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Bakı klubunun aparıcı üzvü küləyin onlara yaratdığı problemdən danışdı: “Şanssız qol “yedik” – MÜSAHİBƏ

admin

“Xəzər Lənkəran”ın kapitanı siğortaladı: “Hər şey ola bilər” – MÜSAHİBƏ

admin

“İnter”in yeni transferi ilk dəfə idmanxeber.com-a danışdı: “Azərbaycan mənim üçün yeni bir səhifə olacaq” – MÜSAHİBƏ

admin