Kateqoriyasız

Zenyov fərqləndi, komandası 3 xal qazandı

“Avro-2016″nın qrup matçları keçirilir.

İdmanxeber.com-un məlumatına görə. “Qəbələ”nin futbolçusu Sergey Zenyovun çıxış etdiyi Estoniya millisi öz meydanında Litva ilə qarşılaşıb.

Görüşün taleyini bir qol həll edib. Qarşılaşmanın 71-ci dəqiqəsində Zenyovun məhsuldar ötürməsindən sonra Kosntantin Vasilyev hesabı açıb. və matçda başqa qol olmayınca estonlar qələbə qazanan tərəf olub – 1:0.

Zeynov start heyətində meydana çıxıb və 90 dəqiqə əvəzlənmədən meydanda olub.

Bu qələbədən sonra xalını 10-a çatdıran Estoniya millisi 4-cü pillədə qərarlaşıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43