Dünya futbolu

Zenyovun yeni klubu rəsmən bəlli oldu

"Qəbələ" ilə yollarını ayıran Estoniya yığmasının hücumçusu Sergey Zenyovun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı futbolçu yeni mövsümdə Polşa çempionatında çıxış edəcək. O, bu ölkənin yüksək liqa təmsilçisi "Krakoviya" ilə müqavilə imzalayıb. Artıq sözügedən klub "Qəbələ"nin sabiq forvardını rəsmən təqdim edib. Tərəflər 1+1 şərti ilə müqavilə imzalayıblar.

Xatırladaq ki, 2015-ci ilin yayında "qırmızı-qaralar"ın heyətinə cəlb olunan Zenyov bölgə klubu ilə son iki mövsümdə çempionatın gümüş və bürünc medalına sahib çıxıb. Bu iki ildə Sergey 80 qarşılaşmada 14 qol vurmağı bacarıb. Estoniyalı Premyer Liqada 47 (8 qol), kubokda 6, Avropa Liqasında 27 (6 qol) oyunda şans qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43