İdman

Zeynal Zeynalov millimizin baş məşqçisi təyin olundu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik olub.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb. Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.

Qeyd edək ki, Z.Zeynalov əvvəllər futbolçu, futzalçı və çimərlik futbolçusu kimi çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43