Kateqoriyasız

Zidan İspaniya klubunda

“Real”ın sabiq futbolçusu Lüka Zidan “Eybar”a keçib.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı qolkiper yeni klubuna azad agent qismində transfer olunub. O, ikinci liqa təmsilçisi ilə iki illik müqavilə imzalayıb. Zidan daha öncə “Rasinq” və “Real Madrid”in B komandasında da çıxış edib.

Qeyd edək ki, Lüka Zidan əfsanəvi futbolçu Zinəddin Zidanın oğludur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43