Dünya futbolu

Zidan Peresdən həmyerlisini istədi

“Real”ın
baş məşqçisi Zinəddin Zidan komandanın oyununu yaxşılaşdırmaq üçün yollar
axtarır.

İdmanxeber.com-un
məlumatına görə, bu məqsədlə “kral klubu”nun prezidenti Florentino Pereslə
görüşən fransız mütəxəssis ondan “Yuventus”un gənc ulduzu Pol Poqbanın transfer edilməsini
istəyib. Peres isə gənc mütəxəssisin istəyinə qarşı çıxmayıb.

AS nəşrinin
yaydığı xəbərə görə, tezliklə “Real”ın nümayəndə heyəti danışıqlar aparmaq üçün
Turinə səfər edəcək. Madridlilərin Zidanın həmyerlisinə 
görə 100 milyon
avro və əlavə olaraq futbolçu təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Poqba Fransada ikinci Zidan ləqəbi ilə tanınır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43