Dünya futbolu

Zidan “Real”la müqaviləni uzadacaqmı?

Bir müddətdir ki, mətbuatda Zinədin Zidanın yeni mövsümdə də "Real" futbol klubunda məşqçi kimi qalacağı barədə xəbərlər dolaşır.

İdmanxeber.com-un məlumatına görə, fransalı idman ustası bu xəbərləri təkzib edib.

Zidan deyib: "Mən futbol klubunun rəhbərliyi ilə bu məsələni müzakirə etməmişəm. Bütün gücümü və diqqətimi gündəlik işimə yönəltmişəm".

Fransalı mütəxəssis 2016-cı ildən Madrid klubu ilə əməkdaşlıq edir. Hazırda "Real" klubu İspaniya çempionatının lideridir. Onu üç xal fərqlə "Barselona" klubu təqib edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43