Dünya futbolu

Zidanın bu açıqlaması qalmaqal yaratdı

“Real”ın məşqçilər korpusunda yer alan Zinəddin Zidan maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Veteran futbolçu “Qızıl top”a Riberinin Ronaldodan daha çox layiq olması deməsi, klub rəhbərliyinin, futbolçuların və məşqçilər korpusunun narazılığına səbəb olub.

Klubun prezidenti Florentino Peres bu açıqlamalara cavab kimi bunları deyib:

“Azarkeşlər, futbolçular, ümumiyyətlə klubun bütün çalışanları Ronaldoya “Qızıl top”u qazanmaq yolunda dəstək olmalıdırlar”.

Bəzi məlumatlara görə, Ronaldo “Real”ın düşərgəsinə qayıtdıqdan sonra Zidan onunla görüşəcək və üzr istəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43