Dünya futbolu

Zinəddin Zidan: “Hər finalda favorit sayılırıq”

“Finala hazırıq. Bura gəlmək üçün çox çalışdıq. La Liqanı qazandıq. Hazırda ən yaxşı formadayıq”.

Bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında “Yuventus”la oyun öncəsi deyib.

O, görüşün favoriti olmadıqlarını bildirib: “Hər finalda favorit sayılırıq. Amma əslində belə deyil. Heç bir komandanı favorit görmürəm. Şanslar bərabərdir”.

Fransalı mütəxəssis Turin təmsilçisinin yaxşı müdafiə olunduğunu vurğulayıb: “Ancaq onların tək üstünlüyü bu deyil. Hücumda da yaxşı təsir bağışlayırlar və komanda oyunu nümayiş edirirlər”.

Z.Zidan komandanın qol silahı Kriştiano Ronaldo haqda da danışıb: “Ronaldo ilə birgə oynasaydıq, komandanın ulduzu o olardı. Çünki qolları Ronaldo vurardı. O, həmişə daha çoxunu istəyir. Ondakı qələbə əzmini sevirəm. Ronaldo lider kimi doğulub”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43