19 Fevral 2020
Kateqoriyasız

“Zirə” Ağabala və İlkini cəzalandırıb

“Zirə” komandası Azərbaycan Premyer Liqasının XVII turunda evdə “Qarabağ”a qarşı keçirəcəyi oyuna da futbolçu itkiləri ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimovun verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi Şafik Tiqruca zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxaq.

Bundan başqa, ötən tur səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə alan İlkin Muradov və Ağabala Ramazanov da komandaya kömək edə bilməyəcək. Həşimov klub daxilində iclasın olduğunu və hər iki oyunçu ilə bağlı lazımi tədbirin görüldüyünü diqqətə çatdırıb (report).

Zədəsini sağaldan Orxan Sadıqlı isə sıraya dönüb.

Fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

FIFA hakimlərinə emblem təqdim olundu

admin

Prosineçki Azərbaycana gəlmir?

admin