Ölkə futbolu

“Zirə” baş məşqçisini istefaya göndərdi

“Zirə” baş məşqçisi Zaur Həmişovla yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.Klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.

“Zirə” PFK Zaur Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Zirə” Z.Həşimovun rəhbərliyi altında koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 23 xalla 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

Xatırladaq ki, Z.Həşimov 2019-cu ilin oktyabrında Bakı təmsilçisinə baş məşqçi təyin edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA 19.5 milyonu hara xərcləyib?

admin

Azərbaycan kubokunun püşkü atıldı: “Xəzər Lənkəran” “Kəpəz”ə rəqib oldu (YENİLƏNİB)

admin

Şehiç penaltini belə dəf etdi – VİDEO

admin