Kateqoriyasız

“Zirə” haitili futbolçu transfer etdi

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Soni Norde ilə anlaşıb. Haitili hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

29 yaşlı futbolçu bundan öncə “Boka Xuniors B” (Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” və “Mumbay Siti” (hər ikisi Hindistan) klublarında çıxış edib.

Qeyd edək ki, “Zirə” buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, Boyan Zaqoviç və Miloş Bakraçı transfer edib.

Oxşar xəbərlər

Etopaz-da 16 canlı oyun

admin

Məsut Özilin finalla bağlı paylaşımı: “Azərbaycanlı qardaşlarım…”

admin

7-ci dəfə 7 qələbə ilə

admin