Kateqoriyasız

“Zirə” ilə “Səbail”in 6-cı dueli

“Zirə” Topaz Premyer Liqasının X turunda “Səbail”lə qarşılaşacaq.

Cari mövsümdə ikinci dəfə görüşəcək komandalar ümumilikdə 6-cı dəfə üz-üzə gələcək. Rəqiblərin əvvəlki 4 qarşılaşması Premyer Liqanın ötən mövsümünə təsadüf edib.
Həmin matçlar “qartallar”ın üstünlüyü ilə keçib. Üç qələbə qazanıb, bir dəfə heç-heçə edən “Zirə” bütün görüşlərdə rəqib qapısına yol tapıb. Top fərqində də bu üstünlük əksini tapıb – 5:2.
“Səbail”in ilk və yeganə qələbəsi cari mövsüm qeydə alınıb. “Zirə” həmin görüşdə texniki məğlubiyyət alıb.
Qəsəbə təmsilçisi 3-cü dəfə rəqibini öz meydanında qəbul edəcək. Əvvəlki matçlar hər iki komandanın qol vurması ilə diqqət çəkib. Zirənin eyniadlı təmsilçisi evdə 1 qələbə qazanıb, 1 heç-heçə edib.
Qeyd edək ki, “Zirə” və “Səbail” arasında keçirilən oyunlardakı 7 qola yeddi fərqli oyunçu imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Yuventus”un prezidenti Bakıya niyə gəlib?

admin