Ölkə futbolu

“Zirə” kapitanını itirdi

“Zirə” Azərbaycan Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, komandanın kapitanı Qismət Alıyev Tovuz təmsilçisinə qarşı forma geyinə bilməyəcək. O, “Araz Naxçıvan”la görüşdə sarı vərəqə alaraq cəza limitini doldurub. 

“Zirə” – “Turan Tovuz” oyunu martın 2-də, saat 16:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43