“Zirə” “Qarabağ”dan icarəyə götürdüyü İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə ilə müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi və 23 yaşlı hücumçu daha 1 illik icarəyə götürülüb. Futbolçular növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcəklər.
Qeyd edək ki, Rüstəm 2022-ci ilin yayından, İsmayıl isə 2023-cü ilin yayından paytaxt təmsilçisində oynayır.