11 Dekabr 2019
Kateqoriyasız

“Zirə”lilər Afrikada üz-üzə gəldi

“Zirə”nin iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib.

Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvaneqarşılaşıb.

DÇ-2022-nin seçmə mərhələsinin cavab oyunda Malavi 1:0 qalib gələrək növbəti mərhələyə yüksəlib. Botsvana isə mübarizəni erkən dayandırıb.

Nqalande qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub. Kqasvane isə start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə zədələnərək əvəzlənib. Mfonun durumu bəlli deyil.

Oxşar xəbərlər

Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

admin

“Qarabağ”ın futbolçularından Neslican paylaşımı (Fotolar)

admin

Azərbaycan kuboku: Finalın qalibi “Qəbələ” oldu!

admin