Kateqoriyasız

“Zirə”nin futbolçusunu dilənçilər soydu

“Zirə”nin futbolçusu Mfo Kqasvane soyulub. Hadisə Bakının Səbail rayonunda baş verib.

Afrikalı futbolçunu dilənçilər qarət edib. Bu barədə oxu.az Səbail rayonu Polis İdarəsinə istinadən xəbər yayıb. Məlum olub ki, 37 yaşlı paytaxt sakini Məmməd Hüseynov polisə müraciət edib.

O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana vətəndaşı Kqasvaneyə yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 dollar və 15 manat pul oğurlandığını aşkar edib.

Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.

Qeyd edək ki, əcnəbi futbolçu “Zirə”də 23 nömrə altında çıxış edən hücumçudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Şerif” – “Qarabağ” oyunun biletləri satışda

admin

I Divizionun II turunun təyinatları açıqlandı

admin

Birinci divizionda püşkatmanın vaxtı açıqlandı

admin