Kateqoriyasız

“Zirə”nin legionerindən 10-cu qol

Xulio Sezar Rodriges “Zirə”də 10-cu qolunu vurub.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paraqvaylı hücumçunun yubiley topu Premyer Liqanın 4-cü turuna təsadüf edib. Cari mövsümdə ilk qolunu “Sumqayıt”la səfər matçında (2:1) vuran forvard bunadək “Qartallar”ın heyətində 9 dəfə fərqlənib.

Bu ilin əvvəlində transfer olunan Rodriges ötən mövsüm çempionatda 8, kubokda 1 qol vurub. O, özünün 10-cu qolunu meydana çıxdığı 18-ci matçda rəqib qapısından keçirib. Cənubi amerikalının orta məhsuldarlığı 0,55-ə bərəbərdir.

Xulio Sezar “Zirə”nin tarixində 10 və daha çox qol vuran 4-cü futbolçudur. Klubun ən yaxşı bombardiri Nelson Bonilla 17, Riçard Qadze 12 dəfə fərqlənib. Rodrigeslə eyni sayda – 10 qol vuran Aslan Hüseynov isə yalnız I divizionda rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Rodriges “Zirə”də ilk qolunu fevralın 10-da “Səbail”lə səfər matçında vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin hücumçusu İngiltərə Premyer Liqa klubuna transfer olundu

admin

“Azərbaycan komandasının Azərbaycanla bağlılığı yoxdur”

admin

“Neftçi” “Arsenal”ı məğlub etdi – Yenilənib

admin