18 Yanvar 2021
Ölkə futbolu Premyer Liqa

“Zirə”nin “Neftçi” ilə 20-ci oyunu

Bu həftə Azərbaycan Premyer Liqasında 9- turun oyunları keçiriləcək. “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq.

İdmanxeber.az “Zirə”nin “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, bu, iki komanda arasında yubiley – 20-ci qarşılaşma olacaq. İlk dəfə 2015-ci ildə üz-üzə gələn rəqiblər indiyədək Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. “Zirə” bu matçlarda üstünlüyə malikdir. Aktivində 10 qələbə olan “qartallar” 5 dəfə bir xalla kifayətlənib və yalnız 4 matçda uduzub. 22 qol vuran komanda 18 top buraxıb.

“Neftçi”yə qarşı səfər matçlarında da üstünlük “qartallar”ın tərəfindədir. Səfərdəki 9 oyunda 3 qələbə və 4 heç-heçə əldə edən “Zirə” rəqib meydanında iki məğlubiyyət alıb. Bu görüşlərdə top fərqi meydan sahiblərinin xeyrinədir. Komanda 11 qol vurub, 13-nü buraxıb.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu noyabrın 28-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Tahir Süleymanovdan zaqatalalı azarkeşlərə mədəni yalvarış: “Bürünc bizə lazım deyil, xahiş edirəm ki, hər hansı bir təxribata yola verməyəsiz”

admin

XI turun oyun cədvəli müəyyənləşdi

admin

Qurban Qurbanov: “Həmin oyunun təxirə salınması üçün müraciət edəcəyik”

admin