Moldovanın “Şerif” klubu növbəti transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda əlcəzairli Sid Ahmed Ayssaui ilə anlaşıb. Yarımmüdafiəçi son olaraq Rusiyanın ÇSKA klubunda oynayıb. 19 yaşlı futbolçu avrokuboklar üçün heyətə sifariş ediləcək.
Qeyd edək ki, “Şerif” Avropa Liqası I təsnifat mərəhləsində “Zirə” ilə üz-üzə gələcək.