27 Noyabr 2021
Kateqoriyasız

“Zirə”nin “Səbail”lə 13-cü qarşılaşması

Bu həftə Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start veriləcək.

İdmanzeber.az xəbər verir ki, “Zirə” 8-ci turun oktyabrın 31-də keçiriləcək oyununda “Səbail”i qəbul edəcək.

İlk dövrədə rəqibini 2:1 hesabı ilə məğlub edən bu komanda ümumilikdə 13-cü dəfə “dənizçilər”lə üz-üzə gələcək. Komandalar indiyədək Premyer Liqa çərçivəsində 12 dəfə qarşılaşıb. Bu duellərdə üstünlük “Zirə”nin tərəfindədir. 7 qələbəsi olan komanda 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 17 top keçirən “Zirə” 8 qol buraxıb.

“Zirə”nin üstünlüyü evdə keçirilən görüşlərdə də əksini tapıb. Doğma meydanda 5 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə uduzub. Top fərqi də zirəlilərin xeyrinədir – 8:5.

Qeyd edək ki, “Zirə” “Səbail”ə qarşı keçirdiyi son üç matçda qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqamızda mövsümün 100-cü qolu

admin

“Qarabağ”ın futbolçusu Türkiyəyə qarşı oynadı

admin

Ramil Şeydayev: “Yenidən Çempionlar Liqasına düşmək istəyirəm”

admin