Kateqoriyasız

“Zirə”nin “Sumqayıt”la 23-cü dueli

Aprelin 25-də Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.

“Zirə” eyni gündə keçiriləcək turda “Sumqayıt”la üz-üzə gələcək.

İndiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gələn rəqiblər 23-cü duelə çıxacaq. Əvvəlki oyunlarda üstünlük “Zirə”nin tərəfindədir. “Zirə” 10 qələbə qazanıb və 6 heç-heçə edib. Digər 6 matçda “Sumqayıt” qalib gəlib. Bu üstünlük top fərqində də öz əksini tapıb. 29 qol vuran “Zirə” 21 top buraxıb.

“Zirə” öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi son 7 görüşdən qolsuz və xalsız ayrılmayıb. Ümumiyyətlə, 10 ev matçında 6 qələbə və 3 heç-heçəsi olan bu komanda, yalnız bir dəfə uduzub. Bu oyunlarda 18 qol vuran “Zirə” futbolçuları öz qapısından 10 top buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah” yenə uduzdu, “Neftçi” “Səbail”ə qalib gəldi – Yenilənib

admin

“Sabah” braziliyalı hücumçu transfer etdi – Rəsmi

admin

“Fənərbaxça” “Başakşəhər”i belə məğlub etdi – Video

admin