Ölkə futbolu

“Zirə” 25 min avro təzminat ödəyib

“Zirə”nin 2015-ci ildə heyətinə qatdığı Salvador millisinin üzvü Nelson Bonilya üçün Rumıniyanın “Vitorul” klubuna ödədiyi təzminat açıqlanıb. Rumıniya mətbuatının məlumatına görə, “qartallar” 28 yaşlı forvard üçün 25 min avrosundan keçib.

“Zirə” 2016-cı ildə Bonilyanı 100 min avrro qarşılığında Portuqaliyanın “Nasional” klubuna satmışdı. Qəsəbə təmsilçisi salvadorlunun keçidində 75 min avro qabağa düşüb.

Nelson bir mövsüm ərzində Premyer Liqada 14 qol vurmuşdu. O, “Zirə” tarixinin ən yaxşı bombardiridi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43