Ölkə futbolu

“Zirə” avrokubok matçları üçün UEFA-ya bu stadionu sifariş etdi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” avrokuboklarda keçirəcəyi matçlarda rəqiblərini hansı stadionda qəbul edəcəyi dəqiqləşib.

Klubdan İdmanxeber.az-a bildirilib ki, qəsəbə təmsilçisi arvokuboklarda ev matçlarını “Liv Bona Dea Arena”da keçirəcək.

“Qartallar” 2021/2022 mövsümündə iştirak etdiyi Konfrans Liqasında da ev matçlarını keçirmək üçün məhz bu arenanı UEFA-ya sifariş etmişdi.

Komanda Avropa Liqasına 1-ci mərhələdən başlayacaq. “Zirə”nin rəqibin adına iyunun 18-də keçiriləcək püşkatmada aydınlıq gələcək.

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43