Kateqoriyasız

“Zirə” Bolqarıstan komandası ilə qaşılaşacaq

Bolqarıstan mətbuatının yaydığı məlumata görə, Antalyada təlim-məşq toplanışında olan Sofiyanın “Septemvri” klubu “Zirə”  ilə qarşılaşacaq. Bolqarıstan yüksək liqa təmsilçisi ilə görüş yanvarın 26-ı keçiriləcək.

Qeyd edək ki, 4 yoxlama oyunu planlaşdıran “qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) ilə qarşılaşacaq. Son rəqibi hələlik məlum olmayan komanda yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43