28 Sentyabr 2024
Kateqoriyasız

“Zirə” “Bordo”nun sabiq futbolçusu ilə anlaşdı

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az FutbolPress-ə istinadən xəbər verir ki, Bakı klubu yarımmüdafiə xəttinə transfer edib. Paytaxt təmsilçisi Haiti millisinin üzvü Brayan Alseusu heyətinə qatıb. 25 yaşlı oyunçu artıq Bakıdadı. Onunla uzunmüddətli müqavilə imzalanacaq. Yaxın zamanda keçidlə bağlı açıqlama veriıəcək.

Mərkəz yarmmüdafiəçisi mövqeyində çıxış edən Brayan Fransa “Bordo”sunun yetirməsi sayılır. 2014-2016-cı illərdə bu klubun “Bordo”nun U-19 və B komandalarında çıxış etmiş Alseus ordan digər Fransa təmsilçisi “Kozes”ə üz tutub.

​Ardınca bu ölkədə “Bordelay”, “Entente”, “Şartr”, “Paris” və “Bastiya-Borqo”nun formasını geyinib. 2020-ci ildə Fransanı tərk edən orta xətt oyunçusu Rumıniyanın “Qaz Metan” klubuna keçib. O, son olaraq da bu komandanın formasını geyinib. Brayan 2021/22 mövsümündə ümumilikdə 16 oyunda forma geyinib.

Fransa və Haiti vətəndaşlığı olan Alseus Haiti yığmasının üzvüdü. O, 28 dəfə milli formanı geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43