Kateqoriyasız

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzaladı

“Zirə” futbolçusu Filip Pahtmannla yeni müqavilə bağlayıb.

İdmanxeber.az xəbər verir ki, Ukraynanın “Lvov” klubundan transfer edilən futbolçu ilə 3 illik müqavilə imzalanıb.

22 yaşlı braziliyalı hücumçu 2021-ci ilin yanvarından icarə əsasında “Zirə”də çıxış edirdi.

Pahtmann “qartallar”la 3 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43