Kateqoriyasız

“Zirə” çernoqoriyalı qapıçı aldı – rəsmi

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, çernoqoriyalı əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.

Xatırladaq ki, “Zirə” buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, və Nicat Süleymanovu da heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43