06 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” – “DAK-1904″ matçı bu hakimlərə tapşırıldı

“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “DAK-1904″ klubu ilə keçirəcəyi ilk oyununun hakimləri açıqlanıb. 

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA iyulun 25-də “Dalğa Arena”da keçiriləcək görüşü Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İvo Torres olacaq. Ona Rafael Morim və Dani Dias köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jasim Sabotiç yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək “Zirə” – “DAK-1904″  oyunu 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43