20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” iki yeni transferini açıqladı – RƏSMİ

“Zirə” klubu 2 yeni futbolçu ilə anlaşıb.

İdmanxeber.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aydın Bayramov və Elçin Əlicanov “Zirə” ilə 2 illik müqavilə bağlayıb.

Aydın Bayramov daha əvvəl “Sumqayıt” və “Turan Tovuz”, Elçin Əlicanov isə “Binə”, “Zaqatala” və “Kəpəz” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43