Ölkə futbolu

“Zirə” ilə oyun öncəsi “Neftçi”nin PROBLEMLƏRİ

Azərbaycan kubokunun yarımfinal mərhələsinij ilk görüşündə səfərdə “Zirə” ilə qarşılaşacaq “Neftçi” “qartallar”la matça ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın heyətində Eddi İsrafilov cəzalı olduğundan bu görüşdə iştirak edə bilməyəcək. Bundan başqa, paytaxt klubunun müdafiəçisi Mert Çelik zədəlidir. Onun da sözügedən qarşilaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Xəstəlik səbəbilə “Sabah”la oyunda komandasına kömək edə bilməyən Voislav Stankoviçin durumu isə oyun günü bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43