Ölkə futbolu

“Zirə” ilk oyununa çıxır

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununu keçirəcək.

Qəsəbə təmsilçisi Qazaxıstan Premyer Liqa təmsilçisi “Taraz”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq.

“Zirə” yanvarın 18-də “Voluntari” (Rumıniya), 23-də “Vorskla” (Ukrayna), 26-da isə “Şkupi” (Makedoniya) ilə qarşılaşacaq.

15  yanvar

Yoxlama oyunu

17:00. “Zirə” – “Taraz” (Qazaxıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43