Ölkə futbolu

“Zirə” itkilərlə hazırlaşır

Misli Premyer Liqasının 33-cü turunda “Zirə” səfərdə “Şamaxı” ilə qarşılaşacaq.

İdmanxeber.az-a verilən məlumata görə, qəsəbə təmsilçisi bu görüşə itkilərlə hazırlaşır. Belə ki, zədəli olan Donald Gerye, Mohamed Hamdaui və Filipe Paxman bu oyunda komandaya kömək edə bilməyəcəklər.

Heyətdə cəzalı futbolçu yoxdur. 

“Şamaxı” – “Zirə” matçı mayın 6-da saat 16:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43