28 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” “Kəpəz”i, “Neftçi” “Sumqayıt”ı qəbul edir -YENİLƏNİR

Misli Premyer Liqasında 8-ci tur davam edir.

İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə 5-ci yerdəki “Zirə” sonuncu pillədəki “Kəpəz”i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Digər oyunda 9-cu yerdəki “Neftçi” 7-ci pillədəki “Sumqayıt”la qarşılaşacaq. Matç saat 19:30-da start götürəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

28 sentyabr

17:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev

Zirə Olimpiya İdman Kompleksi.

19:30. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə

“Neftçi Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43