Ölkə futbolu

“Zirə” “Kəpəz”lə heç-heçə etdi – YENİLƏNİB

Misli Premyer Liqasında XXXIV tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, açılış oyununda “Zirə” “Kəpəz”i qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu nəticənin ardından Bakı klubu 46 xalla 5-ci, Gəncə təmsilçisi isə 30 xalla 7-ci pillədə qərarlaşıb.

MisliPremyer Liqası
XXXIV tur
12 may (cümə)

19:00. “Zirə” – “Kəpəz” 1:1
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” oyunları mayın 13-də, “Neftçi” – “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” – “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43