19 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” legioneri ilə yollarını ayırdı

“Zirə” qış fasiləsində legioneri ilə yollarını ayırıb.

İdmanxeber.az Ukraynanın  “Sport.ua” nəşrinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Vladislav Kulaçla vidalaşıb. 30 yaşlı futbolçu ötən il “Zirə”yə azad agent statusu ilə keçib.

Vladislav Kulaç “Zirə”nin heyətində 24 oyuna çıxıb və 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43